Tərəfimizdən hər növ yoxlamalar həyata keçirilir və yoxlama dərəcələri aşağıdakılardır:
Vizual yoxlama: yoxlama cihazlardan və ya alətlərdən istifadə etmədən, gözlə aydın görünə bilən qüsurları, məsələn, çatışmayan boltları, müəyyən edən yoxlama.
Yaxından yoxlama: vizual yoxlamanın əhatə etdiyi aspektləri özündə birləşdirən və bundan əlavə, yalnız daxilolma alətlərindən, məsələn nərdivanlardan, və digər alətlərdən və yoxlama avadanlığından istifadə etməklə, aydınlaşdırıla bilən qüsurları, məsələn, boş bağlanmış boltları, müəyyən edir.
Müfəssəl yoxlama: yaxından aparılan yoxlamanın əhatə etdiyi aspektləri özündə birləşdirən və bundan əlavə, lazım olan yerdə, yalnız alət və test avadanlığından istifadə edərək korpusu açmaqla aydın edilə biləcək qüsurları, məsələn, boş sıxacları, əhatə edən yoxlama.Yoxlama növləri aşağıdakılardır.
İlkin yoxlamalar: istismara verməzdən əvvəl bütün elektrik aparatların, sistemlərin və qurğuların seçilmiş müdafiə tipi və quraşdırma plana müvafiq olduğunu müəyyən etmək üçün yoxlamalar.
İlkin yoxlama detallı şəkildə həyata keçirilir və onun nəticələri qeyd olunur.
Vaxtaşırı yoxlamalar: planlı şəkildə həyata keçirilən bütün cihazların yoxlanılmaları. Onlar vizual və ya yaxından aparılan yoxlama ola bilər. Vizual və ya yaxından aparılan vaxtaşırı yoxlama, müfəssəl yoxlama aparılmasına ehtiyac olması ilə nəticələnə bilər. Vaxtaşırı yoxlamalar arasındakı interval 3 ildən artıq olmamalı və onların nəticələri qeyd olunmalıdır.
Nümunə yoxlamaları: quraşdırılmış aparatın proporsiyasının yoxlanışları. Onlar vizual, yaxından aparılan və ya müfəssəl ola bilər. Nümunələrin ölçüsü, tərkibi və yoxlamanın məqsədi səriştəli və təcrübəli mühəndis tərəfindən müəyyən olunmalı və onun nəticələri qeyd olunmalıdır.
Xüsusi yoxlamalar: daşınan elektrik cihazları, azı hər 12 aydan bir müfəssəl yoxlamadan keçirilməli və istifadəçi tərəfindən, istifadədən əvvəl, cihazda aydın şəkildə zədələnmə olmadığını yəqin etmək üçün, vizual olaraq yoxlanmalıdır.