XƏYALLARI ÖTƏRƏK
ƏSAS SƏHİFƏ
XİDMƏTLƏR
PORTFOLİO
ƏLAQƏ
XİDMƏTLƏRİMİZ
İT STRATEGİYA VƏ KONSALTİNQ
İnformasiya texnologiyalarının inkişaf strategiyası biznesin effektiv reallaşdırma yolunutam müəyyən edir. Məhsulların və xidmətlərin verilməsihəcmlərinin artımı, xidmətin yeni kanallarının inkişafı məhs İT-infrastrukturunun optimallaşdırmasının hesabına həyata kecir.

Konsaltiq mütəxəssisləri biznesin mövcud informasiya-texnologiya infrastrukturunun auditini keçirəcəklər, dinamik inkişaf edən biznes tələblərinə uyğun olan İT-strategiyanı hazırlayacaqlar, ona müvafiq olaraq informasiya sisteminin strategiyaları və biznes tələbləri seçəcəklər, biznes-prosessləri təsvir edəcəklər, həmçinin informasiya sistemlərini tətbiq edəcəklər ki, bu öz növbəsində xərclərin və risklərin azalmasına gətirəcək və biznesin effektivliyi keyfiyyətlə yüksəldəcək.

Xidmətlərin hazırlamasına, texniki tapşırıqların, plan-qrafiklərin və layihə büdcələrinin uyğunlaşdırılmasına aşağıdakilar  aiddir:

Uyğunlaşdırma və işlərin icra edilməsinin nəzarəti,
İT layihələrininhazırlanması,
Sifarişçinin nümayəndələri üçün hesabatların formalaşması, növbəti sənədləşmənin hazırlığı,
Texniki tapşırığa əsasən təkliflərin verilməsi və layihələndirilməsi,
Proqramlar və sınaqların metodikaları,
İstismara görə texniki təsvir və təlimatlar,
Mövcud qanunvericilik tələblərinə uyğun olaraq pasportlar , lisenziyalar və digər sənədlərin təqdim edilməsi,
Zəmanətli xidmətin və satışdan sonraki konsultasiyalar,

Bütün növ təlim - təhsilin təşkili.

TƏKLİF OLUNAN XİDMƏT:
VEB DİZAYN VƏ PROQRAMLAŞDIRMA
 
İnternet məkanı reklam üçün çox, bəlkə də ən effektiv vasitədir. İnformasiya əldə
etmək rahatlığında ona rəqib olabiləcək vasitə yoxdur. Müasir biznesdə İnternetin imkanlarından istifadə həyati əhəmiyyət daşımaqdadır.

Sayt sifarişi və onun axtarış sistemlərində fəallığı hal-hazırda bütün fəaliyyət sahələrində vacibdir. Hazırda biznes prosesslərinin effektli optimizasiyası İnternetdən istifadə etmədən mümkün deyil. Sayt sifariş vermək istədikdə istənilən şirkətin əməkdaşlaının təcrübə və peşəkarlığından istifadə etmək məqsədəuyğundur. Müəyyən işləri operativ və keyfiyyətli yerinə yetirməklə yanaşı saytın hazırlanması və reklam olunması  məsələsini kompleks şəklində həll edilir. Biz saytın texniki planda fəaliyyət göstərməsi ilə yanaşı, biznesinizin inkişafını həyata keçirməsini də təmin edirik.

Burada istənilən növ internet saytların hazırlanması, internet-mağazaların yenilənməsi, axtarış sistemlərində qeydiyyatı, saytların populyarlaşdırılması, bannerlərin hazırlanması işləri təklif edilir.

Sifarişçilərə geniş çeşidli xidmətlər təqdim edilir:

Saytların hazırlanması və 24/24 dəstəyi,
Elektron ticarət sisteminin yaradılması,
Saytların proqramlaşdırılması,
Redizayn, saytların yenilənməsi,
Kontent idarə sisteminin yaradılması,
Domen qeydiyyatı, xostinq
Saytların təhlili və auditi,
İnternetdə reklam;
Axtarış sistemlərində saytların irəli çəkilməsi və saytlar üçün
Statistik və animasiyalı bannerlərin hazırlanması,
3D modellərinin yaradılması və multimediya planlaşdırması,
Prosessional foto və video çəkiliş,
Kontekst reklam xidmətləri,
Animasiyalı prezentasiyalar,
Mobil məzmun xidmətləri,
Ekslüiziv proqram təminatlarının yaradılması,
Qrafik dizayn.

Təklif etdiyimiz veb sayt növləri və tarifləri ilə tanış olun.

TƏKLİF OLUNAN XİDMƏT:
REKLAM, MARKETİNQ VƏ PR
Bildiyimiz kimi, heç bir şirkət yalnız istehsal etdiyi məhsullar yaxud təklif etdiyi xidmətlər hesabına uzun müddət uğurlu fəaliyyət göstərə bilməz. Bu ona görə baş verir ki, müasir zamanda düzgün aparılan inkişaf siyasəti keyfiyyətli reklam və güclü PR alətləri üzərində qurulur. Çünki düzgün aparılan marketinqin köməyi ilə şirkətin imkanları və bazarın tələbatları bir araya gətirilir, yeni məhsullar və ya xidmətlər istehlakçılara təqdim olunursa, düzgün aparılan reklam və PR həm şirkətin tanınmasına, həm də bu məhsul və ya xidmətlərin bazarda öz mövqeyini tutmasına,  satışların artmasına kömək edir.

Şirkətin inkişaf strategiyasında reklam və PR-ın rolunu qiymətləndirməmək olmaz, ən azı ona görə ki, bu alətlər insan psixologiyasına təsir etməklə, onu motivləşdirmək, emosional kökləmək, stimullarını təşkil etmək, düzgün prioritetlər qurmaq imkanını verirlər. 

Təcrübə göstərir ki, arsenalda qabaqcıl, dəqiq düşünülmüş, yüksək səviyyədə hazırlanmış güclü reklam və PR instrumentləri olmadan heç bir şirkət bazarda uğurlu rəqabətli fəaliyyət göstərə bilməz.

Müasir zamanda şirkətin brend konsepsiyası yalnız korporativ üslubda olan qrafik təsvirlər dəstindən ibarət deyil. Düzgün hazırlanmış brend konsepsiyası, cəmiyyətdə özü barədə müəyyən fikir formalaşdırmalı, zəruri emosiyaları yaratmağı bacarmalıdır. Çünki bütün bu fikir və emosiyaların təşkili korporativ ruh, korporativ dünyagörüşü və inkişaf strategiyasını özündə birləşdirən kommunikasiyalar konsepsiyasını əmələ gətirir. Brend konsepsiyası brendin yaradılması üçün əsasdir.

Hər bir başqa ideya kimi, brend konsepsiyası da yaradıcı axtarışlar prosesində əmələ gəlir. Amma yaddan çıxarmaq lazım deyil ki, brend konsepsiyası vizual identifikasiya ilə yanaşı həm də onun bütün kommunikasiyalarının əsasını, brend adının, sloqanlarının, logotipinin, istehlakçı ilə ünsiyyət “dilinin”, reklam ideyalarının və müxtəlif cür reklam və təqdimat materiallarının özəyini təşkil edir. Bu fakt brend konsepsiyasının üzərinə böyük məsuliyyət qoyur. Odur ki, peşəkar və istedadlı brend konsepsiya yaradıcılarının əsas məqsədi istehlakçıya brendin ideyasını düzgün çatdırmaqdır.

Brendin logotipi, üslub əmələ gətirən elementlərin vizual konsepsiyası, istər məhsulun qablaşması, korporativ üslub, reklam dizaynı, istərsə də şirkətin daxili və ya xarici tərtibatı, təsdiqlənmiş brend konsepsiyasına tabe və brend adına müvafiq olmalıdır. Bundan əlavə, brendin vizual konsepsiyası, brendin stilistikasını, xarakterini, rəng üslubiyyətini, assosiativliyini və vizual məzmun dolğusunu təsvir edir və motivləşdirir və brendin vizual tərkibinin spesifik cəhətlərini təyin edir.

AKSİYALAR
Copyright  © 2014, 1info.az.  All rights reserved.
Designed and development by 1info.az.